...

Azərbaycandan pambıq ipliyinin ixracı üç dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2022 11:06 (UTC +04:00)
Azərbaycandan pambıq ipliyinin ixracı üç dəfədən çox artıb

Bakı. Trend:

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

Trend-in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” na istinadən məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb.

2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti