...

Azərbaycanda elektromobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2022 13:23 (UTC +04:00)
Azərbaycanda elektromobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün müvafiq sənədləri hökumətə təqdim edib.

Trend-in məlumatına görə, bunu DGK-nin nümayəndəsi Tariyel Alverdiyev "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

"Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib", - T.Alverdiyev deyib.

Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil idxal edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti