...

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2022 13:39 (UTC +04:00)
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrdən danışarkən enerji sahəsi mühüm əhəmiyyət kəsb edir: “Neft və qaz sahəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Trans-Adriatik kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan qazının İtaliyaya çatdırılması mümkün olub”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti