...

Azərbaycanda sahibkarlıq sahəsində özəl sektorun payı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2022 13:44 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sahibkarlıqda özəl sektorun payı 84 faiz təşkil edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, Sahibkarlar günü ilə bağlı İçərişəhərdə təşkil olunmuş sərgini post-pandemiya dövründə ən iri iqtisadi tədbir saymaq olar.

"Sərgidə təkcə Azərbaycandan deyil, həm də Ukrayna, Belarus və digər ölkələrdən sahibkarlar iştirak edir", - M.Musayev deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan öz məhsullarını xaricdə fəal şəkildə təşviq edir.

"Bildiyiniz kimi, ölkəmiz dünyada neft ixracatçısı kimi məşhurdur. Amma son dövrlərdə Azərbaycan qeyri-neft ixracını təşviq edir və bugünkü gün biz bu sahədə ixrac göstəricilərinin sürətli artımının şahidi oluruq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti