Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər dövlət strukturları ilə birgə kiçik və orta biznesin və informasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsi üçün qanun layihəsi hazırlayacaq.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu işlər çərçivəsində IT-nin kiçik və orta biznes sahəsində rolunu müəyyənləşdirmək planlaşdırılır.
"Bu işlər Nazirlər Kabineti səviyyəsində aparılır. Yəqin ki, mövcud qanunvericiliyə dəyişikliklər ediləcək və ya yeni qanun layihəsi hazırlanacaq. Bu işlər kiçik və orta biznesin və informasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsinə xidmət edəcək", - nazir deyib.
(Tərcümə: Orxan Nəbiyev)