...

Azad edilmiş ərazilərdə sənaye zonalarında işləyəcək şirkətlər üçün daha çox təşviq nəzərdə tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2022 16:23 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye zonalarında işləyəcək şirkətlər üçün daha çox təşviq nəzərdə tutulub və müvafiq təkliflər paketi üzərində işlər davam edirilir.

Trend-in məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

"Məlum olduğu kimi, Qarabağda Ağdam sənaye zonasının və Araz vadisi iqtisadi zonasının tikintisi davam edir. Bu zonalar regionumuzu logistika qovşağına çevirəcək. Həmçinin, bu qovşaq Azərbaycan vasitəsilə Türkiyə və Çin istiqamətində yükdaşıma marşrutlarının yüzlərlə kilometr qısalmasına yol açacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, agentliyin nəzdindən 51 aqropark, 6 sənaye zonası və 5 sənaye parkı fəaliyyət göstərir.

"Sənaye zonalarında istehsal olunan məhsulların başlıca ixrac bazarları Türkiyə, Rusiya, Aİ ölkələridir. Azərbaycanın sənaye zonaları əlavə dəyərli məhsulun yaradılmasına xidmət edir", - E.Nuriyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti