...

Dünya Bankı Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollardan çox investisiya qoyub - Anna Byerde (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2022 16:56 (UTC +04:00)
Dünya Bankı Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollardan çox investisiya qoyub - Anna Byerde (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Azərbaycan iqtisadiyyatına 50-dən artıq layihə üzrə 4,5 milyard dollardan çox vəsait qoyub.

Trend-in məlumatına görə, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde "Dəyişən qlobal iqtisadiyyatın artım perspektivləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu investisiyalar demək olar bütün fəaliyyət sektorların yönəldilib.

"Son 30 il ərzində Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə böyüyüb, müxtəlif istiqamətlərdə mühüm islahatlar keçirilib", - deyə o bildirib.

Vitse-prezident vurğulayıb ki, Dünya Bankı neft-qaz layihələrinin icrasında da iştirak edib.

"Bizim Azərbaycana dəstəyimiz gələcəkdə də davam etdiriləcək. Biz Azərbaycan iqtisadiyyatının dayanıqlılığının güclənməsini hədəfləyirik", - A.Byerde deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti