...

Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq üzrə yol xəritəsi hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2022 13:46 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq üzrə yol xəritəsi hazırlayır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq üzrə yol xəritəsi hazırlayır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın IT departamentinin rəhbəri Sahib Həsənov bu gün VI Beynəlxalq bankçılıq forumunda deyib.

Onun sözlərinə görə, yol xəritəsi 2025-ci ilədək müddəti əhatə edəcək.

"Hesab edirik ki, açıq bankçılıq maliyyə alətlərinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına töhfə verəcək. Bundan başqa, beynəlxalq standartlar əsasında açıq bankçılığın API standartlarının hazırlanması nəzərdə tutulur. Bu gün API standartları 60 ölkədə tətbiq olunur", - deyə o bildirib.

S.Həsənov qeyd edib ki, ölkədə açıq bankçılığın tətbiqinə imkan verəcək qanunların qəbul olunması və yerli bankların bu konsepsiyaya inteqrasiyası gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti