Bakı.Trend:
Azərbaycan KOB İnvestisiya Fondu yaxın 6 ay ərzində yaradıla bilər.
Trend-in məlumatına görə, bu barədə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlət strukturları ilə artıq müvafiq danışıqlar aparılıb, Maliyyə Nazirliyinin təsdiqi gözlənilir.
“Bu fondun yaradılması sahibkarlıq subyektlərinə maliyyə dəstəyi mexanizmlərinin genişləndirilməsinə, həmçinin yeni layihələrin reallaşdırılmasına və onlarla xarici bazarlara çıxışa imkan yaradacaq”, - o əlavə edib.