...

Aİ tərəfindən Azərbaycan iqtisadiyyatına son 10 il ərzində qoyulan investisiyaların həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2023 11:47 (UTC +04:00)
Aİ tərəfindən Azərbaycan iqtisadiyyatına son 10 il ərzində qoyulan investisiyaların həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard avro investisiya qoyub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin idarə rəisi vəzifəsini icra edən Könül Əliyeva "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, təkcə bu il Azərbaycanla Aİ arasında əmtəə dövriyyəsi nəzərdə tutulan iki milyard dolları ötüb.

"Bugünədək Azərbaycan Aİ ilə birlikdə turizm, təhsil, standartlaşma, icbari sığorta sektorlarında, həmçinin təbii sərvətlərin mühafizəsi sektorunda tvinninq layihələr həyata keçirib. 1992-ci ildən etibarən Aİ TIENS texniki dəstəyi çərçivəsində ölkəmizə 652 milyon manat maliyyə ayırıb", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti