...

PASHA Bank xaricdə yeni filiallar açmağı planlamır - Cavid Quliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2023 12:57 (UTC +04:00)
PASHA Bank xaricdə yeni filiallar açmağı planlamır - Cavid Quliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Bank xaricdə yeni filiallar açmağı planlamır.

Trend xəbər verir ki, bunu PASHA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün bank PASHA Bank-ın baş ofisi ilə Gürcüstan və Türkiyədəki filialları arasında sinergiyanın yaradılması üzərində çalışır.

"PASHA Bank-ın baş ofisi ilə Gürcüstan və Türkiyədəki filialları arasında sıx əlaqə və sinergiyanın yaradılması üzərində aktiv şəkildə çalışırıq. Bu bizə istər Azərbaycanda, istərsə də filiallarımızın olduğu ölkələrdə ən yaxşı nəticələr əldə etməyə imkan verəcək", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti