...

Gəncədə dəmiryolu mütəxəssisləri hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2023 10:37 (UTC +04:00)
Gəncədə dəmiryolu mütəxəssisləri hazırlanacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Gəncədə Fransanın "Alstom" şirkətinin tədris mərkəzinin açılması planlaşdırılır.

Trend bazar günü xəbər verir ki, bunu şirkətin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraçı direktoru Elşən Zeynalov "Alstom"un tədris mərkəzinin (dəmiryolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.

Onun sözlərinə görə, dəmiryolu sahəsi bütün ölkələrin iqtisadiyyatlarının təkanverici qüvvəsidir.

"Dəmir yolu sahəsi uzun illər üzrə perspektivlərə malikdir və əminik ki, tələbələrimiz Azərbaycanın dəmir yollarının və bütünlükdə nəqliyyat sektorunun inkişafına böyük töhfə verəcək", - deyə E.Zeynalov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti