...

Taleh Kazımov “Günay Bank” və "Muğan Bank"ın bağlanmasının əsas səbəblərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2023 16:33 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Apardığımız yoxlamalardan sonra məlum olub ki, “Günay Bank” ASC və "Muğan Bank" ASC-də hesabatlılıq lazımi qaydada aparılmayıb.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu həmin bankların bağlanmasının əsas səbəblərindən biri olub. Biz yerində yoxladıq və məlum oldu ki, hər iki bankda kapital çatışmır. Bundan irəli gələrək bu bankların lisenziyasını ləğv etdik", - o deyib.

Onun sözlərinə görə, sözügedən banklar Mərkəzi Banka hesabat təqdim edərkən düzgün məlumat təqdim etməyiblər.

"Yeni komanda formalaşdıqdan sonra, bu ilin əvvəlində ilk dəfə sistem üçün əhəmiyyət kəsb edən banklarda yoxlamalar apardıq. Ardınca kiçik banklarda yoxlamalar başladı və müəyyən olundu ki, iki bankda hesabatlılıq həqiqətə uyğun deyil", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti