...

Azərbaycan rəqəmsallaşma və fintex ekosisteminin inkişafı sahəsində əhəmiyyətli potensiala malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2024 10:59 (UTC +04:00)
Azərbaycan rəqəmsallaşma və fintex ekosisteminin inkişafı sahəsində əhəmiyyətli potensiala  malikdir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan rəqəmsallaşma və fintex ekosisteminin inkişafı sahəsində böyük potensiala malikdir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.

“Güclü iqtisadi struktur və innovasiyalara açıqlıq bank sektorunda regional liderlik üçün imkanlar yaradır. Azərbaycanın rəqəmsal bankçılıq sahəsində atdığı addımlar təkcə daxili bazarda deyil, beynəlxalq səviyyədə də diqqət çəkir. Rəqəmsal ödəniş sistemlərinin və təhlükəsiz maliyyə xidmətlərinin iqtisadi inkişaf və maliyyə azadlığı baxımından önəmi aydındır.

Türkiyə ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq, o cümlədən birgə layihələr və bilik mübadiləsi, hər iki ölkənin bankçılıq və fintex sahəsindəki mövqeyini gücləndirə bilər. Türkiyənin ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində təcrübəsi, güclü tənzimləyici baza və innovativ həllərlə dəstəklənərək, Azərbaycan üçün nümunə ola bilər”, - deyə M.Aydın bildirib.

Xəbər lenti

Xəbər lenti