...

"BANK OF BAKU" TURİZM ÜÇÜN KREDİT VERMƏYƏ BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 13:35 (UTC +04:00)

"Bank of Baku" Səhmdar kommersiya bankı "İstehlakçılara kredit verilməsi" layihəsi çərçivəsində turizmin maliyyələşdirilməsi layihəsini reallaşdırmağa başlayıb. Bankdan Trend ə bildiriblər ki, turizmin maliyyələşdirilməsi məqsədilə yaradılan yeni şirkət potensial müştərilərə 3 min dollar məbləğində kredit almağın mümkün olduğunu təklif edir.

Kreditin müddəti 12 aya qədərdir. Bundan əlavə müştəri kreditin məbləğinin və faizinin ikinci aydan başlayaraq ödəmək imkanına malikdir. Bu sistem müştərilərə istirahət müddətində kreditin ödənməsi barədə narahat olmamağa imkan verir.

Müştərilər putyovkaları 10%-lik endirimlə ala bilərlər. Yalnız bir şərtlə ki, putyovkanın alındığı turizm agentliyi bankın partnyoru olsun. Təqdim olunan endirimlərdən başqa, müştərilər həmçinin pulsuz plastik kartlar (əgər kreditin məbləği 1000 dollardan yuxarı olarsa), depozit qutusunun icarəyə götürülmə dəyərindən asılı olaraq 25% -lik endirim, eləcə də 10 %-lşik endirilmə sığorta polyusu təqdim edilir.

Xəbər lenti

Xəbər lenti