...

HEYDƏR BABAYEV: LOTEREYALARIN KEÇİRİLMƏSİ BAZARDA PUL KÜTLƏSİNİN VƏ İNFLYASİYANIN AZALMASINA KÖMƏK EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2005 13:44 (UTC +04:00)

Digər ölkələrin təcrübəsi göstərir ki, lotereyaların keçirilməsi hər yerdə inhisara alınıb. Trend in məlumatına əsasən, bu barədə qiymətli kağızlar üzrə Azərbaycan Dövlət komitəsinin sədri Heydər Babayev bildirib.

"Biz həmin dövrü və onun mənfi nəticələrini yaşamışıq, o zaman hamıya lisenziya verilirdi, belə ki, bazarda 1-2 şirkət istisna olmaqla bir çoxları fırıldaqla məşğul idi, lotereya iştirakçılarını aldadırdı, uduş vermirdi və s. " -deyə o qeyd edib.

H.Babayev deyib ki, lotereyaların keçirilməsi bazarda pul kütləsinin və inflyasiyanın azalmasına kömək kdir.Lotereyaların digər növlərinin keçirilməsinə gəlincə, bu istiqamətdə "Azərlotereya" SC ilə iş aparılır. "Bunun üçün maddi baza lazımdır.Amma hazırda SC-nin 100 mln.manat həcmində nizamnamə kapitalını ödəmək mümkün olmadı.Biz bunu təsisçi olaraq etməli idik.Hazırda alınan gəlirin 50%-i uduş fonduna qoyulur.SC hər-hansı bir vergidən azad deyil, buna görə də qalan hissə vergilərin ödənməsinə sərf olunur" -deyə H..Babayev bildirib.

"Azərlotereya" SC-nin prezidenti Cəmil Sultanov qeyd edib ki, 8 ay ərzində Azərbaycanda 5 lotereya tirajı keçirmiş SC-nin hesabına 124 mlrd. manat köçürülüb. "Respublikada lotereya biletlərinin satışı ilə 2000-2500 nəfər məşğul olur. Lotereya tirajlarının keçirilməsi üzrə uduş fondu 76 mlrd. 560 mln. manat təşkil edib.Həmin dövrdə SC dövlət büdcəsinin və qeyri-büdcə fondlarının hesabı ilə təxminən 20 mlrd. manat ödəyib.Göstərilən həcmdən 17,5 mlrd. manat ƏDV-nin ödənməsi, 2 mlrd. manat gəlir vergisi, 36 mlrd. manat digər vergilər, 75 mln. manat sosial müdafiə fondunun payına düşür" -deyə o qeyd edib.

C.Sultanov həm də qeyd edib ki, SC-nin gəliri 8 ay ərzində 2,850 mlrd. manat təşkil edib. Təşkilat ilin əvvəlindən 104 tiraj keçirib və təxminən 50 mln. bilet satılıb ki, bundan 10 mln. bilet uduşlu olub.

Xəbər lenti

Xəbər lenti