...

Aqrolizinq ASC-nin xətti ilə gübrələrin birinci hissəsi Azərbaycana gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 13:17 (UTC +04:00)

Aqroliziq ASC-nin vəsaiti ilə alınmış gübrələrin birinci hissəsi Azərbaycana gətirilib. ASC-dən Trend ə verilən məlumata görə, hazırda ölkəyə 1248 ton gübrə gətirilib. Bu gübrələr ASC-nin bazaları vasitəsilə regionalara paylanılacaq.

"Bundan başqa, yaxın günlərdə ölkəyə 6700 ton gübrə gətiriləcək", - deyə müəssisədə bildirilib.

Gübrələrin alınmasına dair saziş noyabrın 15-də Super Trading LLC şirkəti ilə imzalanıb. Sazişdə 20 mlrd manat məbləğində 25 min tondan artıq gübrənin tədarükü nəzərdə tutulub.

Bundan başqa, 2006-cı ildə ASC xətti ilə dövlət büdcəsinin hesabına pestisid və gübrənin alınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti