...

Azərbaycanın iqtisadiyyatına 11 ay ərzində 23,6 trln. manat sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 13:17 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabrında Azərbaycanın iqtisadiyyatına 23583,3 mlrd. manat - yanvar-oktyabr ayları ərzində olan 4742,5 AzM/USD) orta mübadilə məzənnəsi ilə ($4972,757 mln.- kapital qoyuluşu həyata keçirilib ki, bu da 2004-cü ilin 11 ayında olan investisiya həcmi ilə müqayisədə 11,9% yüksəkdir. Bu barədə Trend ə Dövlət statistika komitəsində bildirilib.

Bütün 2004-cü il ərzində Azərbaycan iqtisadiyyatına 36,1% artım tempilə 24196,6 mlrd. manat ($4924,413 mln.) kapital qoyuluşu həyata keçirilib. 2005-ci ilə olan investisiya qoyuluşu 27389 mlrd. manat ($5827,4 mln.) və yanvar-sentyabrda faktiki sərmayə qoyuluşu 86,1%-ni təşkil edib.

Dövlət statistika komitəsinin məlumatına görə, ilin 11 ayı ərzində iqtisadiyyata daxili mənbələrdən 7482,1 mlrd. manat ($1577,675 mln.) sərmayə qoyulub.Xarici investisiyalar 16101,2 mlrd. manat ($3395,087 mln.) təşkil edib.

Yanvar-noyabrda əsas investisiya mənbələri müəssisə vəsaitləri (11,4% artımla 20498,9 mlrd.), bank kreditləri (7,4% artımla 950,3 mlrd. manat), əhalinin vəsaitləri (19,7% artımla 875,4 mlrd. manat), büdcə vəsaitləri (61,9% artımla 794,1 mlrd. manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti