...

Bank Respublika-nın aktivləri 68,9% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 13:12 (UTC +04:00)

2005-ci ilin 11 ayının yekunlarına görə, Bank Respublika-nın aktivləri ilin əvvəlindən 68,9% artaraq 260,3 mlrd manat təşkil edib. Trend in bankın press-relizinə istinadən xəbər verdiyi kimi, bu dövr ərzində bankın kredit portfeli 68,3% genişlənərək 160,8 mlrd manata bərabər olub.

Dekabrın 1-nə olan vəziyyət üzrə müştəri depozitləri 48,9 mlrd manat artıb və 110,1 mlrd manat təşkil edib. Artım 80,1%-dir. Əhalinin müddətli əmanətlərinin həcmi 61,5 mlrd manata bərabərdir.

İlin əvvəlindən bankın məcmu kapitalı 16,6 mlrd manat (+72,2%) artaraq 39,7 mlrd manat təşkil edib. 2005-ci ilin 11 ayı ərzində bankın gəlirləri 33,7 mlrd manat, xərcləri isə 22,9 mlrd manatdır. Bankın balans mənfəəti isə 10,9 mlrd manata bərabərdir.

Xəbər lenti

Xəbər lenti