...

2005-ci ildə Sosial müdafiə üzrə Dövlət Fondunun büdcəsi 4,2 mln AZN profisitlə yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 16:44 (UTC +04:00)

İlkin məlumatlara görə, Əhalinin sosial müdafiəsi üzrə Dövlət Fondunun (ƏSMDF) gəlirləri 501,2 mln AZN təşkil edərək 2004-cü illə müqayisədə 20% artıb. Dövlət Fondundan Trend ə verilən məlumata görə, qeyri-büdcə təşkilatlarının məcburi sosial sığorta üzrə proqnozları 102,8%, büdcə təşkilatlarının ki isə 93,4% yerinə yetirilib.

Sosial sığortanın 4 bəndi üzrə dərəcələrin aşağı düşməsinə baxmayaraq, daxilolmalar 2004-cü illə müqayisədə 12,7% artaraq 314,5 mln AZN təşkil edib. Onlardan 64,2%-i (201,8 mln manat) büdcədənkənar təşkilatlar tərəfindən ödənilib.

Daxilolmaların bu cür səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirməyə imkan verib. Və bu proses respublika üzrə ötən il dekabrın 23-də başa çatıb. Bir vaxt diqqətəlayiqdir ki, 2002-ci ilin sonlarında bir ay üzrə 29% dərəcəsi üzrə sosial sığorta hesablamaları üçün 15,4 mln AZN toplanıb ki, bu göstərici 2005-ci ildə 25% dərəcəsində 26,2 mln AZN təşkil edib.

SMDF-nun xərcləri ötən il 19,4% təşkil edib və 497 mln AZN təşkil edib. Pensiya və müavinətlərin ödənməsinə 474,2 mln AZN yönəlib və ümumi xərclərin 95,4% -ni təşkil edib. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Dövlət Fondundan 4,04 mln AZN əlillər və şəhid ailələri üçün tikilən 16 obyektin maliyyələşdirilməsi üçün ayrılıb.

Bununla yanaşı, xərclər işləməyən əmək pensiyaçılarının orta aylıq pensiyalarının 20,7% dən 33,8 AZN-a qədər artması ilə əlaqədar da artıb. Əmək pensiyaçıları üçün aylıq xərclər 6,5 mln AZN artıb."Dövlət qulluqçularının pensiya təminatı barədə " Qanunda dəyişikliklə edilməsi ilə əlaqədar 4700 nəfərin pensiyasına yenidən bazılıb və aylıq əlavə zərclər 550 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti