...

Bank Of Baku-nun xalis mənfəəti 875 min manat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2006 14:00 (UTC +04:00)

Bank of Baku ASC-nın 2006-cı ilin I rübü üzrə xalis mənfəəti 875 min təşkil edib ki, bu da ötən ilki göstərici ilə müqayisədə 299 min manat və ya 52% çoxdur. Bununla yanaşı ümumi gəlirlər 868 min manat və ya 54% artaraq 2, 46 mln. manat, xərclər isə 351 min və ya 35% artaraq 1,35 mln. manat təşkil edib.

Bankın aktivləri 47,57 mln. manat təşkil edib. Kredit portfelinin həcmi 29,63 mln. manatadək genişlənib. Depozit portfeli 33,18 mln. manata çatıb. Ödənilmiş nizamnamə fondu 6,8 mln. manat səviyyəsidə qalıb, ümumi kapital isə 13,62 mln. manatı keçib.

Bank of Baku-nun məlumatında bildirilir ki, bank filiallar şəbəkəsi vasitəsilə əhaliyə ekspress xidmətlərin göstərilməsi üzrə layihəni gerçəkləşdirməyə başlayıb. Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən birinci ekspress filial aprelin ortalarında fəaliyyətə başlayacaq.

Bu filiallar bazar ertəsindən şənbəyə qədər saat 9.00-dan 20:00-dək fasiləsiz işləyəcək ki, bu da xidmətin keyfiyyətini qaldırmağa xidmət edəcək.

Hazırda "Bank of Baku -Exrress" bank hesablarının açılması, nağd vəsaitlərin götürülməsi və daxil edilməsi, təcili pul köçürmələrinin həyata keçirilməsi, telefon xidmətləri haqqlarının ödənilməsi, American Express çeklərinin alqı-satşısı, valyuta mübadiləsi, eləcə də plastik kartlar vasitəsilə əməliyyatlar gerçəkləşdirəcək.

Cari ilin sonuna qədər bank Bakıda bir neçə belə filial açmağı və Azərbaycan üzrə ekspress filiallar şəbəkəsini genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti