Azərbaycanda sərmayə mühiti ilbəil yaxşılaşır. Ölkə perspektivli sərmayədar kimi özünü göstərir. Sərmayə mühitinin yaxşılaşdırılması ilə qanunvericiliyin təkmilləşdirilməsinə tələbat artır. Trend agentliyinin məlumatına əsasən, bu barədə jurnalistlərə Milli Məclisin iqtisadi məsəllər daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə bildirib. Azərbaycanın xarici sərmayədara çevrilməsi qanunda əks oluna bilməz, lakin valyuta ehtiyataları, valyuta axını, günbəgün yaxşılaşan maliyyə bazası ölkəyə bunun üçün imkan verir.
"Biz bu gün artıq başqa ölkələrdə bir sıra layihələrin gerçəkləşdirilməsində iştirak edirik və bunun miqyas və imkanları daha da artacaq" - deyə Səmədzadə bildirib.
Onun dediklərinə görə, "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi nəzərdən keçirilir və bununla əlaqədər İqtisadi İnkişaf Nazirliyi və digər maraqlı qurumlarla müzakirələr aparılıb.
Səmədzadənin fikrincə, həmin qanunun qəbulu Azərbaycanın dünya iqtisadiyyatına kifayət qədər intensiv inteqrasıya etdiyini sübut edəcək. Burada Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu səmərəliyinin artırılması üzrə bir sıra konkret normativ göstərişlər verilib. Normal cəmiyyətdə sərmayədarlar üçün bərabər şərait yaradılır. Bu gün Azərbaycan xarici və yerli sərmayədarlar üçün bərabər şərait yaratmağa hazırdır.
"Lakin sərmayədarlara güzəştlərin verilməsi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Bu, xüsusi xarakterli məsələdir. İnkişaf edən ölkələrdə iqtisadiyyatı güzəştsiz inkişaf etdirmək mümkünsüzdür, bu, mütləq olmalıdır" - deyə o vurğulayıb.
Qanunda konkret olaraq güzəştlər nəzərdə tutulmayacaq, amma normativ sənədlər, ölkə prezidentinin konstitusiya hüquqları və hökumətin müvafiq səlahiyyətləri var.
Hər şey veriləcək güzəştlərin xarakter və istiqamətindən asılıdır.