...

Sahibkarlar Təşkilatları Milli Konfederasiyası korrupsiya ilə mübarizə haqqında hesabatı Bakıda müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 18:32 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASTMK) "Korrupsiyaya qarşı mübarizədə sahibkarların və onların ictimai birliklərinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanan hesabatı müzakirə etmək məqsədilə mayın 3-də Bakıda növbəti dəyirmi masa keçirəcək.

Trend agentliyi AMSK-ya istinadən xəbər verir ki, layihə ABŞ-ın Beynəlxalq İnkişaf Fondunun (USAID) vəsaiti və Avrasiya Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyilə gerçəkləşdirilir. Layihənin əsas məqsədi keçid dövründə sahibkarlar üçün əlverişli şəraitin yaradılmasıdır. Korrupsiya hallarının qarşısının alınması üçün sahibkarlar arasında maarifləndirmə işləri aparmaq, birliklərin ictimai təsir gücünü gücləndirmək, eləcə də AMSK nəzdində yaradılmış Korrupsiya ilə mübarizə mərkəzinin fəaliyyətini Dövlət qulluğu idarəetmə şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası ilə əlaqələndirməkdir.

Hesabatın təqdim olunması məqsədilə 2006-cı ilin martın 15-16-sı Mingəçevir və Gəncə şəhərlərində, martın 26-sı isə Əli-Bayramlıda sahibkarlıq subyektlərinin və yerli icra orqanlarının iştirakı ilə dəyirmi masa keçirib.

ASTMK korrupsiya hallarının daha çox hansı sahələrdə rast gəlindiyini müəyyənləşdirmək üçün araşdırma aparıb. Hesabat dəyirmi masalar arxasında müzakirələrin başa çatmasından sonra ictimaiyyətin nəzərinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti