İyunun 22-də Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda sayca 8-ci körpünün təməlqoyma mərasimini keçirib. Trend in xəbər verdiyi kimi, yeni yol qovşağı Ziya Bünyadov küçəsi və "Azadlıq" prospektinin kəsişməsində yerləşəcək.
Körpünün uzunluğu 293 m, tunelin uzunluğu isə 310 m təşkil edəcək. Obyektin inşa dəyəri 15,5 mln. AZN-ə bərabər olacaq.
Körpünün təməlqoyma mərasimində nəqliyyat naziri Ziya Məmmədov iştirak edib. İşlərin 16 aydan sonra başa çatdırılması planlaşdırılır. Körpünün tikintisi üzrə podratçı Türkiyənin Yapilar şirkətidir.