...

KfW kredit-zəmanət fondunun büdcəsini genişləndirə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 13:32 (UTC +04:00)

KfW Almaniya yenidənqurma bankı ilə kreditlərin zəmanət fondunun yaradılması məsələsi üzrə maliyyə razılaşması layihəsi Azərbaycan Prezident Aparatında müzakirədədir.

Fond sazişin imzalanmasından sonra fəaliyyətə başlayacaq. Əvvəl alman bankının zəmanəti altında xaricdən borc vəsait ala biləcək agent banklar seçiləcək. Seçim meyarları Almaniya - Azərbaycan fondunun agent banklarının seçimində olduğundan daha sərt olacaq. Ona görə də seçim ilk dəfə məhz Almaniya -Azərbaycan Fondunun tərəf müqabilləri arasında keçiriləcək. Bu gün bu banklara Parabank, Respublikabank, Unibank, Bank of Baku, Azəriqazbank və Azərdəmiryolbank aiddir.

Fond KfW -də yerləşən hesablaşma hesabı formasında fəaliyyət göstərəcək. Fondun büdcəsi 3,750 milyon avrodur və əlavə olaraq, 250 min avro əlavə tədbirlərin həlli və məsləhətçi xidmətlərinin ödənilməsi üçün ayrılacaq. KfW -in Bakı ofisində bu məbləğin 20 milyon avroya qədər artırılma imkanını istisna etmirlər. Bu barədə bankın vitse-prezidenti xəbər verib.

Azərbaycan bankları tərəfindən ərizələr daxil olduqca, KfW kredit üçün zəmanətlərin verilmə imkanını gözdən keçirəcək, həm də onlar borcun məbləğindən çox olmamalıdır. Vəsaitlərin cəlb olunması yalnız kiçik və orta sahibkarlığın inkişaf layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmalıdırlar. Əməliyyatlara KfW vasitəsilə zəmanətin verilməsinin üstünlüyü ondan ibarətdir ki, banklar aşağı faizlərlə xarici banklardan vəsait cəlb edə bilərlər. KfW -in reytinqini nəzərə alaraq, libor+1% -dən artıq olmayan faiz dərəcəsi ilə kredit resurslarını cəlb etmək mümkün olacaq. Bankın reytinqi ona kapital bazarlarından daha sərfəli şərtlərlə resurslar əldə etmək imkanı verir. Fondun komisyon haqqı 1-2% həddində olacaq, burada KfW -in mükafatları da nəzərə alınacaq. Ayrılan pullar hesabına kreditlərə zəmanət verilmə fondunun vəsaitləri artacaq və bu gələcəkdə partnyor bankların siyahısını genişləndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti