...

Azərbaycan Milli Bankı əmlak, nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 16:03 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) əmlak (əsas aktivlər), nağd pul və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə sığorta şirkətinin müəyyən olunması üçün tender elan edib.

Tender proseduru avqustun 21-də AMB-nin binasında keçiriləcək. Tenler təklifləri bu il avqustun 18-ə qədər təqdim olunmalıdırlar. Qalan sənədlər avqustun 8-dən gec olmayaraq verilməlidirlər.

Xidmətlərin göstərilməsi tenderin yekunları üzrə sazişin imzalanmasından sonra başlanacaq.

Xəbər lenti

Xəbər lenti