...

"Sərbəst toplaşmaq haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 13:21 (UTC +04:00)

"Sərbəst toplaşmaq haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə ediləcək. Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında yenidən müzakirə olunandan sonra millət vəkillərinin təsdiqinə veriləcək.

Onu da qeyd edək ki, bəzi millət vəkilləri adıçəkilən qanun layihəsinə aksiyaları dağıdan polislərin rezin dəyənək, elektroşok cihazlar, rezin güllər, xidməti atlar və itlər, gözyaşardıcı qazdan istifadə edilməsi ilə bağlı maddənin əlavə edilməsinə etiraz ediblər.

Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev isə bildirib ki, bu qanun da dünya təcrübəsinə əsaslanmalıdır. Millət vəkili vurğulayıb ki, qanunsuz keçirilən mitinqlərin qarşısını almaq məqsədilə dövlət orqanlarının gücündən istifadə etmək lazımdır: "Mitinqlər dünyanın istənilən ölkələrində keçirilir. Ancaq qanunsuz mitinqlərin qarşısının alınması ilə bağlı digər dövlətlərin qanunlar təcrübəsindən istifadə etmək lazımdır, Azərbaycan onlardan fərqlənməməlidir".

Xəbər lenti

Xəbər lenti