...

Azərbaycanda "Cənubi Qafqazda su ehtiyatlarının idarə olunması" layihəsinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 16:34 (UTC +04:00)

Cənubi Qafqazda PA Government Services Inc şirkətilə birgə həyata keçirilən Su Ehtiyatları üzrə Proqram çərçivəsində "Cənubi Qafqazda su ehtiyatlarının idarə olunması" layihəsiqnə başlanıb. Trend agentliyinin məlumatına əsasən, layihənin məqsədi - trassərhəd su ehtiyatlarının səmərəli idarə olunması sahəsində regional əməkdaşlığı gücləndirməkdir.

Bu layihə 3 ilə nəzərdə tutulub və iki su hövzəsində - Alazan çayı (Gürücstan və Azərbaycan arasında) və Xrami ilə Debed çaylarında (Gürücstan və Ermənistan) həyata keçiriləcək.

Bakıda keçirilən təqdimat mərasimində ABŞ eksperti Smit Malpani deyib ki, layihənin Azərbaycan komandası ilə Zaqatalada olub və maraqlı tərəflər, yerli hakimiyyət və QHT nümayəndələri ilə görüşüb. Layihə ABŞ-ın Beynəlxalq inkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Trend in müxbirinin sualına cavab verən, layihənin azərbaycan üzrə rəhbəri Rafiq Verdiyev deyib ki, Azərbaycanda suyun həcmi və keyfiyyətilə bağlı problemlər var. Beləki, ölkədə içməli su kimi istifadə olunan Kür və Araz çaylarının suyun müntəzəm olaraq çirkləndirilir, xeyli miqdarda su itkisi baş verir, müasir mərkəzləşdirilmiş su təchitı və kanalizasiya sistemləri yoxdur və s.

O, Kür çayında gərgin ekoloji vəziyyətin olduğunu vurğulayıb ki, bu da Gürcüstan tərəfindən çaya çirkli suların axıdılmasından irəli gəlir. Onun fikrincə, bu layihə beynəlcxalq təcrübədən yararlanaraq mövcud su ehtiyatlarının istifadə və mühafizəsini yaxşılaşdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti