...

"Uşaq hüquqlarının sosial müdafiəsi haqqında" qanun təkmilləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 12:51 (UTC +04:00)

"Uşaq hüquqlarının sosial müdafiəsi haqqında" qanun təkmilləşdiriləcək. Bu barədə Trend ə Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasından bildirblər.

Komissiyadan onu da bildiriblər ki, hazırda bu məqsədlə sözügedən qanunun monitorinqi aparılır. Monitorinqi millət vəkili, MM-in sosial siyasət daimi komissiyasının üzvü Əkrəm Abdullayevin rəhbərlik etdiyi işçi qrupu həyata keçirir. Monitorinq aparılmasında məqsəd bu sahədə mövcud milli qanunvericiliyi Uşaq hüqüqları haqqında Beynəlxalq Konvensiyaya uyğunlaşdırmaqdır.

Qeyd edək ki, uşaq hüquqları ilə bağlı qanunvericilikdə əlavə və dəyişikliyin edilməsi barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təkliflər hazırlayıb. Hazırlanacaq qanun layihəsində həmin təkliflər də nəzərə alınacaq. Sənəd hazırlandıqdan sonra Milli Məclisin müzakirəsinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti