...

"Kredit reyestri haqqında" qanun layihəsi yenidən işlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2006 12:31 (UTC +04:00)

"Kredit reyestri haqqında" qanun layihəsi təkmilləşdirilməsi üçün işçi qrupu yaradılıb. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin yaz sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılıb. Müzakirələr zamanı millət vəkilləri qanun layihəsinə əlavə və dəyişikliklər bağlı təkliflərini veriblər. Bəzi deputatlar qanun layihəsinin adının dəyişdirilməsi təklifi ilə də çıxış ediblər. Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasında belə qərara gəlinib ki, təkliflər nəzərə alınaraq sənədin yenidən hazırlanması üçün millət vəkili Vahid Əhmədovun rəhbərliyi ilə İşçi Qrupu yaradılsın.

O da bildirilib ki, qanun layihəsinin ilk variantdakı adı "Kredit tarixçiləri bürosu haqqında" idi. "Bank sektorunun, banklarla vətəndaşlar arasında münasibətlərinin yüksək səviyyədə qurulması üçün belə bir qanun layihəsinin qəbulu çox vacibdir.

Xəbər lenti

Xəbər lenti