...

MasterCard Azərbaycan banklarının çip sertifikatlaşdırılmasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 16:13 (UTC +04:00)

MasterCard beynəlxalq ödəniş sistemində çip kartlarının buraxılmasının sertifikatlaşdırılması başlanıb. "Azərikard" prosessinq mərkəzindən Trend ə verilən məlumata əsasən, Azərbaycan Beynəlxalq bankı, Kapitalbank, Azəriqazbank, "Respublika" bankı və Standard Bank artıq formaları doldurub. Qalan banklar isə bu prosesə az sonra başlayacaq.

Visa International ödəniş sistemində ötən il başlayıb. Iisa kartının 5 emitenti ABB, Bank of Azerbaijan, Əmrahbank, "Respublika" bankı və Standard Bank çip kartlarının buraxılması üzrə sertifikatlaşdırmanı başa çatdırıb. Son iki bank 2006-cı il iyulun 17-dən belə bir hüquq əldə edib.

Hazırda Atrabank da Iisa-nın üzvü olmağa və çip sertifikatlaşdırılmasından keçməyə hazırlaşır. Qalan banklar isə hələ bu prosesə başlamayıb.

Buraxılmış kartların ümumi sayı 50 min təşkil edir. Çip texnologiyasına keçid - bütün bankların maliyyə öhdəliyi olduğu üçün iki ödəniş sisteminin 26 üzv bankı yaxın vaxtlarda çip kartlarına keçəcək.

Iisa-da çiv kartlarının sertifikatlaşdırılması pulsuzdur, MasterCard-da isə bu proses hər banka $30-40 minə başa gəlir. Çip kartlarının dəyərinə gəldikdə, Iisa qiymətlərin azaldılmasına köməklik göstərir. Əgər 2 il əvvəl kartın qiyməti $9-10 təşkil edirdisə, indi bu rəqəm $2 təşkil edir.

Xəbər lenti

Xəbər lenti