...

Rusiya aviaşirkəti Bakıda reys açmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 14:25 (UTC +04:00)

"Koltsovo" aeroportunun Ural mülki aviasiya zavodundan aldığı "Aviaprad" aviaşirkəti Bakıda marşrut açmaq ehtimalını gözdən keçirir. Trend in xəbər verdiyi kimi, bundan başqa, Nijnevartovsk, Xantı-Mansiysk, Sankt-Peterburq istiqamətləri də nəzərdən keçirilir.

Şirkət Çelyabinsk aviasiya bazarında işləməyə başlayıb. İndi onun aktivində iki Yak- 42 ortamagistral layneri var. Aviaşirkətin təyyarələri Çelyabinskdən cənub istiqamətinə uçurlar. Əvvəllər aviaşirkət Rusiyanın, əsasən beynəlxalq reyslərdə ən böyük yükdaşıyıcılarından biri idi. "Aviapard" İl-76 təyyarələrində uçuşları 1996-cı ildən həyata keçirməyə başlayıb. 2003-cü ildə çatdırılan yüklərin və poçtun həcminə görə aviaşirkət Rusiyanın 20 qabaqcıl aviaşirkəti siyahısına daxil olub.

Xəbər lenti

Xəbər lenti