...

Bolqarıstan Poti-Almatı konteyner qatarına qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 12:25 (UTC +04:00)

Bolqarıstan Poti-Almatı konteyner qatarına qoşulub. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Konteyner qatarının işə salınmasına dair müvafiq razılaşma Bolqarıstan Dəniz Gəmiçilik və Dəmir Yolu İdarəsinin nümayəndələri ilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın xidmət rəhbərləri arasında əldə olunub. "Bolqarıstan tərəfi Varna və Burqas limanlarının bu layihəyə qoşulması təşəbbüsü ilə çıxış edib", - deyə mətbuat xidmətindən bildirilib.

Bolqarıstan tərəfi, həmçinin, yüklərin avtomobil və dəmir yolu ilə Qafqaz vasitəsilə Mərkəzi Asiyadan Balkanalara, oradan isə Avropaya maneəsiz nəqlini nəzərdə tutan "Avropa-Asiya" transkontinental nəqliyyat dəhlizinin TRACEKA layihəsini təqdim edib.

Çin də bu layihədə çox maraqlıdır. Azərbaycan, Gürcüstan və Qazaxıstan konteyner qatarı marşrutunun Qazaxıstan və Çin sərhədində Dostık stansiyasınadək uzadılması məsələsini nəzərdən keçirir. Daşımalar zamanı 1 ton yükün 1 km hərəkəti üçün 22 sent məbləğində vahid tarif tətbiq olunur. Bu qatar işə salınan zaman Poti-Baku-Aktau-Almatı marşrutu üzrə hərəkət edib.

Qatarın operatoru Black sea transit LTD və Advantage international transport and logistics LTD şirkətləridir.

Xəbər lenti

Xəbər lenti