...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 700 SC-də monitorinq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2006 13:46 (UTC +04:00)

2006-cı ilin əvvəlindən özəlləşdirmə prosesi çərçivəsində İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzində SC səhmlərinin satışı ilə əlaqədar təxminən 30 hərrac keçirilib. Trend in Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin press-relizinə istinadən verdiyi xəbərə görə, bu hərraclarda 120-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.

Səhmlərinin tam və ya qismən dövlətə məxsus olduğu səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, həmçinin səhmdar cəmiyyətlərinin istehsal fəaliyyətinin öyrənilməsi və özəlləşdirmə imkanlarının təhlil edilməsi məqsədi ilə 700-ə yaxın SC-də monitorinq keçirilib.

Məlumatda qeyd olunub ki, Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi özəlləşdiriləcək müəssisələrdə investisiya qoyuluşlarının yüksəldilməsi və yeni iş yerlərinin açılması, həmçinin özəlləşdirilməsi nəzərdə tutulmuş səhmdar cəmiyyətlərin səhmlərinin satışından dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti