...

Azərbaycan sahibkarları İzmirdə yubiley sərgisində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2006 13:39 (UTC +04:00)

Sentyabrın 1-dən 7-nə qədər İzmirdə beynəlxalq İzmir sərgisinin 75 illiyinə həsr olunmuş yubiley sərgi keçirilib. Trend Azərbaycan sahibkarları təşkilatının milli konfederasiyasına (ASTMK) istinadən xəbər verir ki, tədbirdə Bakı, Naxçıvan, Mingəçevir, Qax, Balakən, Lerik və Tovuz sahibkarlarının olduğu təşkilatın nümayəndə heyəti iştirak edib.

Ümumilikdə, sahibkarların sayı 42 nəfər təşkil edib.

Sərgi zamanı Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlər keçirilib və niyyət protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti