...

"Sığorta haqqında" yeni qanuna əsasən, sığorta şirkətlərinə qarşı ümumi kapitalla bağlı tələblər irəli sürüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2006 14:10 (UTC +04:00)

Sığorta şirkətləri ölkənin bank sektorunda qəbul olunduğu kimi, minimum məbləğlə bağlı tələblərin nizamnamə katipalından ümumi kapitala keçməsini müsbət qarşılayıblar. "Bu təkliflər sığortaçıların özləri tərəfindən irəli sürülüb. Ona görə də onlar "Sığorta haqqında" yeni qanundakı bu dəyişiklikləri normal qarşılayıblar", - deyə Trend ə "Atəşgah" sığorta şirkətinin baş direktoru İntiqam Hüseynov bildirib.

Onun sözlərinə görə, keçid mərhələsində Maliyyə Nazirliyi tərəfindən müyyən olunacaq ümumi kapitalın məbləği ilə bağlı minimal tələb hələ müəyyən olunmayıb. "Hesab edirəm ki, burada məhdudiyyət yoxdur, nə qədər çoxdursa, bir o qədər yaxşıdır. Amma bununla yanaşı səhmdarların imkanlarını da nəzərə almaq lazımdır. Belə ki, bir dəfəyə şirkəti bağlayıb yenisi açmaq olmaz. Ona görə də işin xeyrinə kompromis olmalıdır", - deyə İ. Hüseynov bildirib.

Onun fikrincə, sığorta şirkətlərinin ümumi kapitalına tələb real olaraq 5 mln. manata, gələcəkdə isə hətta 10 mln. manata çatdırıla bilər. O hesab edir ki, sığorta şirkətlərindəki kapitalın bank sektorunda kapitallaşdırılma səviyyəsinə yaxınlaşdırılması düzgün deyil. Üstəlik, bütün dünyada maliyyə institutlarının hamısı praktiki olaraq bir səviyyədə inkişaf edir, - deyə İ. Hüseynov bildirib.

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin kapitallarına tələblər "Sığorta haqqında" yeni qanun qüvvəyə mindikdən sonra elan ediləcək. Maliyyə Nazirliyində güman edirlər ki, yeni qrafik 2007-ci ilin ikinci yarısından işləyəcək.

Qüvvədə olan sığorta şirkətlərində nizamnamə kapitalının artırılması proqramına əsasən, 2010-cu ilədək nizamnamə kapitalı 1 mln. manata çatdırılmalıdır. Bu müddətin qabağa çəkiləcəyi gözlənilir, amma konkret olaraq nə qədər - bu, hələ Maliyyə Nazirliyində müzakirə olunacaq. Maliyyəçilər hesab edirlər ki, bu gün onlara tələbləri banklara qoyulan tələblərə yaxınlaşdırmaq mümkün deyil, çünki arada böyük fərq var.

2006-cı ilin iyul ayının 1-nə olan vəziyyətə görə Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin ümumi kapitalı 35,89 mln. manat təşkil edib. 2005-ci ilin analoji dövrü ilə müqayisədə artım 41,7% (10,56 mln. manat).təşkil edib. Bu gün ən böyük nizamnamə kapitalına Beynəlxalq Sığrorta Şirkəti, "Standard Insurance", MBASK, "Xalq Sıgorta" şirkətləri malikdir.

Xəbər lenti

Xəbər lenti