...

Sığorta şirkətləri sığortaçıların yeni birliyinin yaradılması üzrə təsis yığıncağı keçirməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2006 16:18 (UTC +04:00)

Sığorta şirkətləri Azərbaycan Sığorta Cəmiyyətləri Birliyi və Azərbaycan Sığortaçılar Birliyinin bir strukturda birləşdirilməsi ilə bağlı konsensusa gəlməyib. Bu barədə Trend ə "Atəşgah" sığorta şirkətinin baş direktoru İntiqam Hüseynov məlumat verib. Bununla əlaqədar olaraq, sonuncu iclasda bütün sığortaçıları birləşdirəcək və "Sığorta haqqında" yeni qanunun parametrlərinə cavab verəcək yeni strukturun yaradılması ilə bağlı razılığa gəlinib. Onun sözlərinə görə, Maliyyə Nazirliyi bu qərara müsbət yanaşıb. "Əgər biz ölkədə sığortanın səviyyəsini artırmaq və Qərb göstəricilərinə çatmaq istəyiriksə, o zaman irəli getmək lazımdır", - deyə sığortaçı bildirib.

İ.Hüseynov qeyd edib ki, sığortaçıların yeni birliyinin 2006-cı ilin sonunadək yaradılması planlaşdırılır. Yaxın vaxtlarda bütün sığorta şirkətlərinin iştirakı ilə təsis yığıncağının keçirilməsi gözlənilir. "Praktiki olaraq heç nə dəyişməyəcək. Ancaq sığortaçıların normal birliyi olacaq və biz burada öz problemlərimizi həll edəcəyik", - deyə İ.Hüseynov bildirib.

Bu məsələnin qeyri-müəyyənliyi ilə əlaqədar Azərbaycan Sığorta Cəmiyyətləri Birliyi fəaliyyət göstərmir. İndiyədək hər iki təşkilat arasında konsensus əldə olunmayıb. Belə ki, ASCB-nin idarə heyəti hər iki strukturun yenidən təşkil olunması və sığortaçıların yeni təşkilatının (assosiasiya) yaradılması təklifini qəbul etmir. İdarə heyəti bu təklifi məqsədəuyğun hesab etməyib. Çünki ASCB 1993-cü ildən fəaliyyət göstərir.

ASB 2003-cü ilin aprelində təsis edilib. Hazırda 5 sığorta şirkəti (Beynəlxalq Sığorta Şirkəti, "Mbask", "Azal sığorta", CI Insurance və Standard Insurance) və Caspian International Brokers broker təşkilatı birliyin üzvüdür. Yeri gəlmişkən, "Mbask", "Azal sığorta", CI Insurance həm də ASCB-nin üzvüdür.

ASCB 2003-cü ilin mayınadək Azərbaycan sığortaçılar ittifaqı kimi fəaliyyət göstərib. 24 sığorta şirkəti birliyin üzvüdür.

Xəbər lenti

Xəbər lenti