...

Azərbaycanın Vergilər Nazirliyi və Türkiyənin Maliyyə Nazirliyi əməkdaşlıq perspektivlərini nəzərdən keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2006 15:04 (UTC +04:00)

Türkiyə Respublikası Maliyyə Nazirliyi Gəlir İdarəsinin dəvəti ilə Azərbaycanın vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 oktyabr tarixlərində Ankarada rəsmi səfərdə olub.

Trend in Azərbaycanın Vergilər Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, səfərdə əsas məqsəd Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Türkiyə Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələrin aparılması və təcrübə mübadiləsi olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Maliyyə Nazirliyinin Gəlir İdarəsi başkanı Osman Arifoğlu ilə, həmçinin, Türkiyənin maliyyə naziri Kemal Unakıtan ilə görüşüb. Görüşlərdə iki dövlət arasında maliyyə və vergi sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyəti vergilərə dair məlumatların işlənmə qaydaları, Türkiyədə elektron bəyannamənin tətbiqi sahəsində aparılan işlərlə tanış olub.

Xəbər lenti

Xəbər lenti