...

Dövlət mülkiyyətinin icarə haqqının Azərbaycan banklarının xidmət məntəqələri vasitəsilə ödənilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 15:04 (UTC +04:00)

Dövlət Mülkiyyətinin İdarə Edilməsi üzrə Dövlət Komitəsi fiziki və hüquqi şəxslər tərəfindən icarə haqlarının dövlət büdcəsinə ödənilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir. Trend Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə bu cür sistemin yaradılması sayəsində icarə haqlarını banklar və onların y erlərdə xidmət məntələqələri vasitəsi ilə köçürmək mümkün olacaq. Əsas məqsəd dövlət büdcəsinə köçürmələrdə operativliyi və şəffaflığı təmin etməkdir.

Hələlik isə icarə haqqının ödənilməsi istiqamətində problemlər qalmaqdadır və yaranmış icarə borclarının təcili ödənilməsini təmin etmək üçün Dövlət Komitəsi təkcə 2006-cı ildə 1300 icarədara xəbərdardıq göndərib. Onlardan 600-nə qarşı məhkəmə orqanlarında iddia qaldırılıb.

Xəbər lenti

Xəbər lenti