...

"Unibank" AAF-ın kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə proqramının həyata keçirilməsi çərçivəsində əlavə tranş alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2006 11:09 (UTC +04:00)

"UniBank" Almaniya-Azərbaycan Fondunun (AAF) kiçik və orta sahibkarlığın (KOS) kreditləşdirilməsi üzrə Proqramının həyata keçirilməsi çərçivəsində əlavə tranş alıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Tranşın ümumi həcmi 250 min avro təşkil edir. Əlavə tranşın ayrılması AAF-ın "UniBank"-a təqdim olunmuş kredit xəttinin ümumi həcminin 2250 min avroyadək artırılmasının nəticəsi olub.

Hazırda bu kredit xəttinin vəsaiti hesabına "UniBank" tərəfindən 229 obyekt ümumi 1,9 mln. avro həcmində maliyyələşdirilib. Layihələrin həyata keçirilməsi istehsalat, ticarət, xidmətlərin göstərilməsi və digər sahələrdə yerinə yetirilir.

Xatırladaq ki, 2001-ci ildə bank Azərbaycanın ilk özəl bankları sırasında AAF-ın xırda və orta sahibkarlığın kreditləşdirilməsi üzrə Proqramının agenti statusunu alıb.

Xəbər lenti

Xəbər lenti