...

Azərbaycanda keyfiyyətsiz məhsul istehsalçılarına qarşı cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 13:48 (UTC +04:00)

Azərbaycan Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi keyfiyyətsiz və insan orqanizmi üçün zərərli olan məhsul istehsalçılarına qarşı mübarizəni sərtləşdirib.

Trend Dövlət agentliyinə istinadən xəbər verir ki, 2006-cı ilin yanvar-iyul aylarında fəaliyyət göstərmiş fiziki şəxslərə qarşı Cinayət məcəlləsinin 200.2.2 maddəsi üzrə keyfiyyətsiz və insan orqanizmin üçün zərərli məhsulların istehsalı və satışı faktına görə cinayət işi qaldırılıb. Bu, fiziki şəxs Tahiri Məhəmməd Səfər və b., K.R.LTD, Fayton MMC və b. müəssisələrdir.

Azərbaycan Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi Azərbaycan Prezidentinin 27 dekabr 2001-ci il tarixli Fərmanı ilə yaradılıb.

Agentlik standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin müdafiəsi sahəsində dövlət siyasətini formalaşdıran və aparan icra hakimiyyətinin mərkəzi orqanıdır.

Dövlət agentliyinin Naxçıvan MR-də, Gəncədə, Sumqayıtda, Şəkidə, Salyanda, Lənkəranda və respublikanın digər bölgələrində regional şöbələri var.

Xəbər lenti

Xəbər lenti