...

Nazir: "Azərbaycan Qars-Axalkalaki-Tiflis dəmiryolu layihəsinin inkişafı üçün Gürcüstana 200 mln dollar kredit ayıracaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 20:50 (UTC +04:00)

Azərbaycan Gürcüstana Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun tikintisi üçün illik 1%-lə 200 mln dollar kredit ayıracaq. Bu barədə cümə günü Tiflisdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov tikinti barədə danışıqlar bitdikdən sonra məlumat verib. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.

Nazirin sözlərinə görə, layihənin bütün maddələri və iki sənəd müzakirə olunub- çərçivə sazişi və Gürcüstana kredit ayrılması barədə protokol. Sabah saat 12:00-da kredit ayrılması barədə protokol imzalanacaq.

"Bir neçə texniki məsələlər qalıb ki, onları da biz bu gecə axıra çatdıracağıq və sabah görüş protokolu imzalanacaq, hər üç ölkə hökümətinə imzalanmaq üçün təqdim olunacaq hökümətlərarası saziş layihəsi hazırlanacaq" - deyə o "işlər bu layihənin həyata keçirilməsini istəməyən adamların acığına irəliləyəcək"-əlavə edib. Məmmədov Gürcüstanın iqtisadiyyat naziri Georgi Arvaladzeyə onlara qarşı xoş münasibətə görə təşəkkür edib.

Arveladze öz növbəsində vurğulayıb ki, Gürcüstan tərəfi öz tərəfindən layihənin həyata keçirilməsi proesesini tezləşdirəcək.

"Biz yaxşı şərtlərlə sazişə nail olduq və biz bu günün yekunlarından və Azərbaycanın müsbət münasibətindən məmnunuq"-deyə o, söyləyib.

Nazir vurğulayıb ki, kredit "Gürcüstan dəmir yolu" MMC-yə ödəniləcək.

Xəbər lenti

Xəbər lenti