...

Bank Standard əvvəl bağlanmış ipoteka müqaviləsi üzrə faiz dərəcələrinin azaldılması barədə qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 18:32 (UTC +04:00)

2006-cı il ərzində Bank Standard Azərbaycan İpoteka Fondunun xətti ilə ümumi məbləği 668 476 AZN olan 34 ipoteka krediti verib, bu barədə Trend xəbər verir.

Bankın 2006-cı ildəki fəaliyyətiinin yekunlarına dair keçirdiyi bu günkü mətbuat konfransında bankın idarə heyətinin sədr müavini Cavid Quliyevin verdiyi xəbərə görə, Bank Standard AİF xətti ilə ölkədə ilk ipoteka kreditini verib, ilin sonunda isə o, özünün Gəncədəki və Lənkərandakı filialları vasitəsilə bölgə ipoteka kreditlərinin verilməsinə başlayıb.

"İpoteka kreditərinin verilməsi prosesinin sadələşdirilməsi və təkmilləşdirilməsi üçün Bank Standard AİF proqramı çərçivəsində faiz qoyuluşunun illik 6%-dək endirilməsini aparıb. Bununla belə, bank rəhbərliyi tərəfindən ipoteka kreditlərinin verilməsi barədə bütün qanuniləşdirilmiş sazişlərdə yeni faiz qoyuluşlarının yayılması barədə qərar qəbul olunub" - C.Quliyev qeyd edib.

Paralel olaraq bank ötən ildən ərizə qəbulunun sadələşdirilmiş şərtləri ilə "Mənzilim" xüsusi ipoteka kreditinin verilməsi kommersiya proqramını qəbul edib. Hesabat dövründə bu proqram çərçivəsində bank 428 160 AZN ümumi məbləğində 17 ipoteka krediti verib.

Xəbər lenti

Xəbər lenti