...

British Airways-də göyərtə bələdçilərinin ehtimal olunan tətilləri Bakı-London reysinə təsir göstərməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 18:38 (UTC +04:00)

Bakı və London arasındakı reyslərə xidmət göstərən BMED (British Airways aviaşirkətinin françeyzinq tərəfdaşı), British Airways-in adından bəyan edib ki, əməkdaşların ehtimal olunan tətilləri ilə bağlı istənilən proğblemlərin tam xidmət paketi təqdim olunacaq. Bk barədə Trend ə BMED-dən xəbər veribəlr.

British Airways-in göyərtə bələdçiləri yanvarın 29-dan 31-dək rəhbərlik və həmkarlar ittifaqı arasında danışıqların qırılması səbəbindən üçgünlük təlil keçirmək istəyirlər. Hazırda danışıqlar davam edir.

T&G həmkarlar ittifaqının nümayəndələri bəyan edirlər Ki, yaranmış vəziyyətdən çıxış yolu tapılmasa fevralda yenə də üçgünlük tətlillər keçirniləcək.

British Airways -in göyərtə bələdçiləri təsdiq edir ki, iki il əvvəl tətbiq edilmiş xəstəlik ödənişləri onları işə xəstə çıxmağa məcbur edir. British Airways rəhbərliyi təsdiqləyib Ki, yeni sistem xəstəlik üzündən işdən çoxsaylı yayınmalarla mübarizəyə yönəldilib.

Əməkdaşların işdə olmaması müddəti illik olaraq 22 gündən 12 günə endirilib Ki, bu onsuz da Britaniyadakı orta göstəricidən (7 gün) çoxdur, deyə şirkət iddia edir.

Xəbər lenti

Xəbər lenti