...

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında rüsum artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 18:58 (UTC +04:00)

Trend ə verilən məlumata əsasən, "AZAL" dövlət konserni Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında uçuşların təhlükəsizliyi üçün rüsumu 5 avrodan 10 avroya qaldırıb.

Əvvəllər uçuşun təhlükəsizliyi üçün məbləğ 5 avro təşkil edirdi. Rüsum məbləğinin artırılması hava limanının təhlükəsizliyini təmin edən xidmətin işlərinin artması ilə əlaqədardır.

Dövlət konsernində qeyd olunub ki, hava limanının 20 avro məbləğində rüsumu dəyişməz olaraq qalıb.

Xəbər lenti

Xəbər lenti