...

2006-cı ildə Azərdəmiryolbank ödəmə sistemləri üzrə işi fəallaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 20:49 (UTC +04:00)

2006-cı il ərzində Azərdəmiryolbank tərəfindən həyata keçirilən pul köçürmələri və ödəmələrin həcmi 29,8 milyon manat təşkil edib (34 milyon dollar).

Trend bankın yaydığı məlumata əsasən bildirir ki, onlar beynəlxalq ödəmə sistemi - MoneyGram, "Dərhal poçt" ("Bıstraya poçta"), Migom, Concat, Travelex sistemləri vasitəsilə Rusiya və MDB dövlətləri ilə, respublika daxilində "Şimşək" sistemi vasitəsilə həyata keçirilib.

Ötən il bank həmçinin rabitə, kommunal xidmətlər - hesab, qaz və su, büdcə ödəmələrinin qəbulu üzrə əmliyyatlarına xüsusi diqqət yetirib.

Bu istiqamətdə bank "Bakıelektrikşəbəkə" və "Azəriqaz", "Azərsu" ilə əməkdaşlıq edir. Bu xidmətlər üzrə ümumilikdə 5 milyon manat qəbul edilib. Bu göstərici 2005-ci ildəki göstəricini üç dəfə üstələyib.

2006-cı ilin hesabatına əəsasən, Azərdəmiryolbank vasitəsilə Eurokard-Mastercard və Iisa sisteminin emitirasiya edilmiş kartlarının həcmi 18 000 təşkil edib. Bank bu ödəmə sistemlərinin tamhüquqlu üzvüdür. İnfrastrukturun genişləndirilməsi istiqamətində həmçinin bankomatların artırılması üzrə iş aparılıb və onların sayı 42-yə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti