...

Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün qaydalar sərtləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 16:21 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün qaydalar sərtləşdiriləcək. Bu barədə Trend ə Dövlət Yol Polisi Baş İdarəsinin qeydiyyat-imtahan şöbəsinin rəisi Rafael Rəhimov bildirib.

Fevralın 1-də praktiki və nəzəri sürmə üçün yeni meydançanın təntənəli açılış olmalı idi. Sürmə üzrə imtahan verilməsi üçün nəzərdə tutulmuş əvvəlki meydançadan fərqli olaraq yeni meydança Türkiyə və Almaniyadan gətirilmiş müasir texnika ilə təchiz edilib. Bu texnikanın tətbiqi üçün dövlət tərəfindən 150 min dollar həcmində vəsait ayrılıb. Artıq sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların bütün səhvləri lövhəyə qeyd olunacaq. R.Rəhimov bildirib: "İmtahan verilməsinin çətinləşəcəyi istisna edilmir. Lakin bu o demək deyil ki, onlar bunun öhdəsindən gələ bilməyəcəklər".

Xəbər lenti

Xəbər lenti