...

Dövlətin dəstəyi ilə O’GRAE şirkətinin Azərbaycanın dünya səviyyəli brendi olmaq üçün bütün zəminləri var

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 15:58 (UTC +04:00)

O'GRAE şirkəti Moskvada keçirilən "Prodekspo-2007" 14-cü Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində nüfuzlu bürünc medal alıb. Bu barədə Trend xəbər verir.

O'GRAE brendinin strateji məqsədi - Azərbaycan məhsulunu respublikadan kənarda təmsil etmək və tanınmış dünya istehsalçıları ilə rəqabət etmək iqtidarında olan milli marka yaratmaqdır. Bu gün şirkət O'GRAE milli brendinin hazırlanması və irəliləməsinə kifayət qədər çox vəsait və qüvvə sərf edib. Hazırda şirkət Rusiya bazarında Azərbaycan firmaları arasında aparıcı mövqelərdən birini tutur və bu bazarda Azərbaycanda istehsal olunan ekzotik məhsul növlərini təklif edir.

"Güclü brend - böyük xarici bazarlara yeni bazarların qapısını açan açardır", - deyə O'GRAE şirkətinin baş direktoru Zeynulla Qurbanov bildirib.

ABŞ, Böyük Britaniya və Yaponiyada artıq bunu çoxdan anlayıblar. Ona görə də həmin ölkələrin dövlət institutları brendlərin formalaşması və irəliləməsində fəal surətdə iştirak edirlər. Bizdə hələ bu barədə dəqiq anlayış yoxdur ki, brend yalnız biznesin deyil, həm də dövlətin maraqlarının qorunmasında güclü silah ola bilər. Təcrübə göstərir ki, yerli brendlərin irəliləməsi yolu ilə özünü dünya bazarına yönəltmək - son dərəcə effektiv variantlardan biridir.

Məsələn, bütün dünyada fransız konyakının nə olduğunu bilirlər, anlayışın özü artıq özünəməxsus brend olub. Lakin fransız konyakı - yalnız məhsulun keyfiyyəti, dadı və xüsusiyyəti deyil, həm də Fransanın kənd təsərrüfatı lobbisinin gərgin işinin nəticəsidir.

O'GRAE şirkəti tərəfindən bütün lazımi səylərlə və müvafiq dövlət dəstəyi ilə uğurun olacağına və sonrakı milli brendlərin inkişafı üçün presedentin yaradılacağına ümid etmək üçün real imkan var.

Xəbər lenti

Xəbər lenti