...

Azərbaycan nəqliyyatçıları Rusiyadan "quş qripi"nin ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün profilaktik tədbirləri gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 20:50 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Rusiyadan "quş qripi"nin ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün Rusiyadan gələn qatarlarda profilaktik tədbirləri gücləndirib. Bu barədə Trend ə ADDY idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, bu tədbirlər həmişə aparılır, lakin Rusiyanın cənubunda və Moskva ətrafında "quş qripi"nin aşkarlanması ilə bağlı bu virusun ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün tədbirlər daha da gücləndirilib.

AZAL dövlət konsernindən Trend ə verilən məlumata əsasən, virusun ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün Rusiyadan Bakıya gələn reyslərdə tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti