...

Moskvada MDB dəmiryolu nəqliyyatı üzrə Şuranın iclası başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S. Əliyev/ Bu gün Moskvada Birliyin iştirakçı dövlətlərinin dəmir yolu nəqliyyatı üzrə Şuranın 45-ci yubiley iclası işinə başlayır. Bu barədə RDY-nin press-relizində məlumat verilib. Azərbaycanı Dövlət Dəmir Yolu İdarəsinin rəhbəri Arif Əsgərov təmsil edəcək.

İclas iştirakçıları yük və sərnişin daşınmalarının təşkili sahəsində qarşılıqlı əməkdaşlıq, o cümlədən, sərnişin və yük qatarlarının hərəkət cədvəli, yük qatarları, konteyner vaqonlarının formalaşdırılması planı və 2007-2008-ci illərdə dövlətlərarası əlaqədə vaqon axınlarının istiqaməti qaydası, "Beynəlxalq əlaqədə tez korlanan yüklərin vaqon-termoslarda daşınması qaydası" sənəd layihəsi, 2007-ci ildə beynəlxalq əlaqədə dəmir yolunda tarif siyasəti kimi aktual məsələləri müzakirə edəcək. Qarşılıqlı əməkdaşlıq, xəbərdarlıq reqlamenti, dəmir yolu nəqliyyatı obyektlərində fövqaladə hallarda tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına xüsusi diqqət ayırılacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukraynanın dəmir yolu adminstrasiyasının rəhbərləri, Birliyin assosiativ üzvləri - Bolqarıstan və Latviyanın dəmir yolu adminstrasiyalarının rəhbərləri, dəmir yolu nəqliyyatı üzrə Şura müdriyyəti iştirak edəcək.

Bununla yanaşı, Litva və Estoniyanın dəmir yolu adminstrasiyasının rəhbərləri, Birlik nəzdində dəmir yolu nəqliyyatının nəzarətçiləri - Finlyandiya dəmir yolu adminstrasiyasının rəhbərləri və dəmiryolçular və nəqliyyat inşaatçılarının beynəlxalq konfederasiyası, MDB icraiyyə komitəsinin nümayəndələri və Avrasiya iqtisadi cəmiyyətinin İnteqrasiya komitəsi də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti